Mayon vulkanı ətrafında təxliyələrə başlanılıb

Filippinin paytaxtı Manilada Mayon vulkanının püskürməsi ilə bağlı sakinlər təxliyə edilib.
Xilasetmə qrupları ilə yanaşı, polis və əsgərlər də təxliyyə işlərinə dəstək verib.

Aznews.az xəbər verir ki, Filippin prezidenti kiçik Ferdinand Markos təhlükəli ərazidən evakuasiyaların davam etdiyini bildirib və böhrandan zərər çəkənlərə yardım edəcəyinə söz verib.

Ərazidən neçə nəfərin təxliyə edildiyi barədə məlumat verilməyib.

Ölkənin ən aktiv vulkanı olan Mayonu əhatə edən 6 kilometr genişlikdəki ərazi qadağan zona olsa da, filippinli kəndlilər burada məskunlaşmağa və əkinçiliklə məşğul olmağa davam edirlər.Püskürmə zamanı vulkanın ətrafındakı həyəcan səviyyəsi 5-dən 3-ə yüksəldilib.

Mayon vulkanının 2018-ci ildə püskürməsi on minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.

Qeyd edək ki, Filippin Sakit okeanda zəlzələlərin və vulkan püskürmələrinin intensiv olduğu "Yanğın kəməri" adlanan qırılma xəttində yerləşir.

Mövsüm