Qətər Livan ordusuna 30 milyon dollarlıq yanacaq bağışlayacaq

Qətər altı ay ərzində Livan ordusuna 30 milyon ABŞ dolları dəyərində yanacaq tədarük edəcək.

Milli Xəbər Agentliyinin məlumatına görə, Livanın Baş Qərargah rəisi Cozef Aun səxavətli ianəyə görə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təşəkkür edib.

Aun, Livan ordusunun Qətəri ölkənin hərbi qurumlarının yanında olmaq və orduya müxtəlif yollarla dəstək vermək əzminə görə təqdir etdiyini bildirib.

Livanda 2019-cu ildən bəri davam edən maliyyə böhranı Livan lirəsinin çökməsinə və dövlət sektoru işçilərinin, o cümlədən hərbçilərin maaşlarının ucuzlaşmasına səbəb olub.

Son bir neçə il ərzində bir çox ölkə Livan ordusuna dəstək təklif edib. Fransa 2021-ci ilin iyun ayında Livan ordusuna dəstəyi artırmaq üçün beynəlxalq virtual konfrans keçirmişdi.

Mövsüm

Aznews.az