Yunanıstanın baş naziri daşqınların zərərinə görə Aİ-dən kömək istəyəcək

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis sel fəlakəti nəticəsində dəyən zərərin ödənilməsi üçün Avropa İttifaqına (Aİ) müraciət edəcəyini bildirib.

Yunanıstanda fəlakət bölgəsini ziyarət edən Mitsotakis, Larisa böhran mərkəzində verdiyi açıqlamada, İqlim Böhranı və Mülki Müdafiə, Səhiyyə nazirliklərinin səlahiyyətliləri ilə bu gün keçirilən görüşdə "ictimai sağlamlıq" mövzusunun ön plana çıxdığını bildirib.

Yunanıstanın baş naziri Mitsotakis dövlətin daşqından zərər çəkənlərə mütləq yardım əlini uzadacağını ifadə edərək, “Başçılıq edəcəyim hökumət heyəti ilə Strasburqa gedəcəyəm və AB Komissiyasının Baş naziri ilə görüşəcəyəm ( Ursula von der Leyen) və Avropadan bu böyük fəlakətin öhdəsindən gəlmək üçün ciddi maliyyə dəstəyi verməsini xahiş edəcəm",-deyə qeyd edib.

Mövsüm

Aznews.az