Boliviya İsraillə diplomatik əlaqələri kəsən ilk Latın Amerikası ölkəsi oldu

Boliviya İsrailin Qəzza zolağına hücumlarını pisləmək və rədd etmək üçün diplomatik əlaqələri kəsmək qərarına gəlib.

Aznews.az xəbər verir ki, Boliviya İsrailə Qəzzaya yardım göndərəcəyinə söz versə də, İsrail Boliviyanı terroru dəstəkləməkdə ittiham edib.

Çili və Kolumbiya da öz səfirlərini İsraildən geri çağırıb.

Braziliya prezidenti Lula da Silva isə atəşkəsə çağırıb.

Boliviya bundan əvvəl 2009-cu ildə İsrailin Qəzzada hərəkətlərinə etiraz olaraq münasibətlərini kəsmişdi.

Mövsüm