- Dünyanın halı
- 3 Noyabr 2023 16:36
- 5 229
Blinken İsrailin özünümüdafiə hüququ və öhdəliyindən danışıb

İsrailin özünümüdafiə hüququ və öhdəliyi var.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
O, İsrail prezidenti İsaak Hersoqla görüşdə deyib: “Biz qəti şəkildə bu fikirdəyik ki, İsrailin özünü müdafiə etmək və 7 oktyabr hadisələrinin təkrarlanmaması üçün lazım olanı etmək yalnız hüququ deyil, həm də öhdəliyi var” .
Blinken radikal HƏMAS hərəkatının əli ilə atəşə tutulan mülki şəxslərin müdafiəsinin vacib olduğunu, çünki onlar silahlıların 7 oktyabr işğalına görə məsuliyyət daşımadıqlarını bildirib.
Mövsüm