- Dünyanın halı
- 21 Noyabr 13:47
- 1 289
Şimali Koreya hərbi peyk buraxmağa hazırlaşdığını açıqlayıb

Şimali Koreya sabahdan etibarən 9 günlük müddət ərzində kosmosa hərbi peyk göndərməyə hazırlaşdığını açıqlayıb.
Müvafiq olaraq, Yaponiya Sahil Mühafizəsi Pxenyanın dekabrın 1-dək hərbi peyk buraxacağı barədə onlara məlumat verdiyini qeyd edib.
Yaponiyanın baş naziri Kişida Fumio Şimali Koreyanın üçüncü cəhdi olacaq bu peyk buraxılışı ilə bağlı jurnalistlərə açıqlama verərək, bunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrini pozacağını bildirib.
Kişida əlavə edib ki, Yaponiya peykin buraxılması ilə bağlı məlumatların toplanması və təhlili üçün maksimum səy göstərəcək.
Mövsüm
Aznews.az