- Dünyanın halı
- 21 Noyabr 17:11
- 1 558
Qətər XİN: Danışıqçılar Qəzzadan girovların azad edilməsinə heç vaxt bu qədər yaxın olmayıblar

Girovların azad edilməsi üçün İsrail və HƏMAS arasında danışıqlar son mərhələdədir.
Aznews.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcidə Əl Ənsari bildirib.
Onun sözlərinə görə, danışıqlarda indiyədək heç vaxt görünməmiş irəliləyiş əldə olunub. Hazırda tərəflər razılığa gəlməyə çox yaxındırlar.
"Biz çox nikbin və ümidliyik amma biz həm də bu vasitəçiliyin humanitar atəşkəsə nail olmağa imkan verməsində çox maraqlıyıq", - Əl Ənsari deyib.
Mövsüm