İsrail ordusu Qəzza zolağında HAMAS-ın 800 yeraltı tunelini aşkar edib

İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında Fələstinin radikal HAMAS hərəkatının 800-dən çox yeraltı tunelini aşkarlayıb və onlardan 500-ə yaxınını müxtəlif vasitələrlə məhv edib.

Aznews.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İDF əsgərləri HAMAS-ın 800-dən çox yeraltı tunel şaxtasını aşkar ediblər. Partlayıcı maddələr və bloklar da daxil olmaqla, müxtəlif əməliyyat üsullarından istifadə edilməklə 500-ə yaxın tunel məhv edilib”, - məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, “tunel şaxtaları yaşayış massivlərində, bir çoxu məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki bina və tikililərin yaxınlığında yerləşirdi”.