Avropada fermerlər etiraz olaraq yenidən magistral yolları bağlayıblar

Avropada fermerlərin etirazları Ukraynadan ərzaq idxalı fonunda ədalətsiz rəqabət və hökumətin Yaşıl Sövdələşməyə tətbiq etdiyi məhdudiyyətlər səbəbindən davam edir.

Bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Polşada siyasətçilər Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovskini istefaya çağırıblar.

"Reuters" xəbər verir ki, etiraz edən fermerlər ölkənin yollarını və Ukrayna ilə sərhəd keçidlərini traktorlarla bağlayıblar .

Bildirilir ki, hazırda ölkə üzrə 250-dən çox yol blokadası var. Sosial mediada yayımlanan görüntülərdə yolları bağlayan traktor sütunları və “Bizsiz ac, çılpaq və ayıq olacaqsınız” kimi şüarların yazılmış plakatları əks olunub.

Mövsüm

Aznews.az