Böyük Britaniya rus həbsxana məmurlarına sanksiya tətbiq edib

Britaniya hökumətinin saytında dərc edilən yenilənmiş sanksiyalar siyahısına əsasən, Böyük Britaniya Aleksey Navalnının öldüyü koloniyada işləyən altı yüksək səviyyəli rus həbsxana məmuruna qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Məhdudiyyətlər koloniyanın rəhbəri Vadim Kalinin və onun müavinləri Sergey Korjov, Vladimir Pilipçik, Vasili Vydrin, Aleksandr Obraztsov və Aleksandr Qolyakova qarşı tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlərə giriş qadağası və aşkar edilərsə, aktivlərinin dondurulması daxildir.

Mövsüm

Aznews.az