Fələstinin baş naziri istefa ərizəsini təqdim edib

Fələstinin baş naziri Ştiyye mətbuat konfransında istefa ərizəsini prezident Mahmud Abbasa təqdim etdiyini bildirib.

Baş nazir Ştiyye işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində hökumətin həftəlik iclasında çıxış edib.

İstefasını Fələstin prezidenti Abbasa təqdim etdiyini bildirən Ştiyye, istefa qərarını 20 fevral çərşənbə axşamı günü Abbasa şifahi şəkildə çatdırdığına diqqət çəkib.

İştiyə Qəzza zolağında baş verən proseslər fonunda qarşıdakı dövrdə hökumət səviyyəsində yeni tənzimləmələrə ehtiyac olduğunu bildirib.

Fələstin rəhbərliyini bir inzibati alətə çevirmək üçün səylərin olduğuna diqqət çəkən Ştiyye, Fələstin rəhbərliyinin İsrailin tətbiqlərinə qarşı mübarizəsini davam etdirəcəyini bildirib.

Mövsüm

Aznews.az