BMT TŞ aprelin 8-də Fələstinin təşkilata üzv olmaq istəyini müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-də Fələstinin təşkilata daimi üzv kimi daxil olmaq istəyini müzakirə etmək üçün qapalı iclas keçirəcək.

Bu, gələn həftə keçiriləcək görüşlərin cədvəlindən irəli gəlir.

Qeyd olunur ki, Fələstinin hazırda BMT-də müşahidəçi statusu var.

“Saat 10:00-da Sədrlik Fələstinin BMT-yə üzv olmaq üçün müraciətinə baxılmasının bərpa edilməsi və onun BMT-nin Qəbul Komitəsinə təhvil verilməsi tələbi ilə bağlı gələcək hərəkətləri müzakirə etmək üçün məsləhətləşmələr aparacaq.

Mövsüm

Aznews.az