Kolumbiya prezidenti İsraili "BMT qətnamələrini yerinə yetirməməkdə" ittiham edib

Kolumbiya prezidenti Qustavo Petro İsraili Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs tələbi ilə bağlı qəbul etdiyi qətnamə layihəsinə əməl etməməkdə ittiham edib.

Kolumbiya prezidenti Petro sosial media hesabından İsrailin Qəzzadakı qaçqın düşərgəsinə etdiyi son hücumu sitat gətirərək, "Yenidən başladı. Dünənki hücumlara şiddətli reaksiyanın ardından uşaqların öldürülməsi və BMT Təhlükəsizlik Şurasının atəşkəs qərarının pozulması davam etdi. Bəşəriyyətin əksəriyyəti sülh istəyir",-deyə qeyd edib.

Mövsüm

Aznews.az