Kişida: Biz regionda gərginliyi azaltmaq üçün səylərimizi davam etdirəcəyik

Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, o, İranın həftə sonu İsrailə hava zərbəsi endirməsindən dərin narahatdır və gərginliyi kəskin şəkildə pisləyir.

ABŞ səfərindən qayıdan Yaponiyanın baş naziri Kişida Tokioda baş nazirlik binasının girişində verdiyi açıqlamada İranın İsrailə hücumuna reaksiya verib.

"Mən dərindən narahatam. Bu cür gərginliyi qətiyyətlə pisləyirəm" deyən Kişida hücumun "Yaxın Şərqdə vəziyyətin daha da pisləşməsinə səbəb olacağını" əlavə edib.

“Yaxın Şərqdə sülh və sabitlik ölkəmiz üçün önəmlidir” deyən Kişida bölgədəki gərginliyi azaltmaq üçün diplomatik səylərini davam etdirəcəklərini bildirib.

Yaponiya baş naziri bəyan edib ki, hökumət təşkilatlarına hələ də bölgədə yaşayan Yaponiya vətəndaşlarının hücumdan zərər çəkməsi barədə məlumat daxil olmayıb.

Digər tərəfdən, Yaponiya Xarici İşlər Nazirliyi öz açıqlamasında vətəndaşlara İrana səfər etməməyi tövsiyə edərək, buna səbəb kimi regional gərginliyi göstərib.

Mövsüm

Aznews.az