İsrail öz imkanlarını nümayiş etdirmək üçün İran ərazisini vura bilər — TV

İsrail hərbi imkanlarını nümayiş etdirmək üçün İran ərazisinin dərinliklərindəki hədəfləri vura bilər.

Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı adının açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Telekanalın mənbəsinin sözlərinə görə, İranın hücumuna İsrailin mümkün cavabı gərginliyi artırmaq yox, daha çox hərbi imkanlarını nümayiş etdirmək məqsədi daşıya bilər.

"İsrail bizə mümkün zərbənin konkret tarixi barədə məlumat verməyib. Biz daha da gərginliyin qarşısını almaq üçün səylərimizi davam etdiririk", - deyən rəsmi, qərarın İsrailə aid olduğunu bildirib.

Mövsüm

Aznews.az