ABŞ Qırmızı dəniz üzərində beş pilotsuz təyyarənin məhv edildiyini bildirib

Qırmızı dəniz üzərində ABŞ hərbçiləri tərəfindən beş pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Bu PUA-lar regionda ABŞ, koalisiya və ticarət gəmiləri üçün birbaşa təhlükə yaradır. Naviqasiya azadlığının qorunması və beynəlxalq suların təhlükəsizliyinin yaxşılaşdırılması üçün tədbirlər görülüb”, - deyə məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, pilotsuz təyyarələr aprelin 28-nə keçən gecə məhv edilib.

Mövsüm

Aznews.az