- Göz önü
- 14 May 2024 09:52
- 8 746
Şuşa icra başçısının müavini: Artıq iyunda şəhərimizdə 370 ailə yaşayacaq

Artıq iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.
Bunu Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva açıqlayıb.
“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurdunda xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.
O əlavə edib ki, “Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatiyası, böyük sərkərdəliyi sayəsində bu uğura nail olmuşuq”.
Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.