Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb

Perunun şimalında avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Bu barədə Kajamarka regional səhiyyə departamentinin mətbuat xidməti məlumat yayıb.

“İndiyədək 25 nəfərin öldüyü, 15 nəfərin yaralandığı təsdiqlənib. Yaralılardan 6-sı Kajamarka regional xəstəxanasına yerləşdirilib”, - deyə bildirilib.

Bundan əlavə, mətbuat xidməti əlavə edib ki, hazırda “bu faciənin səbəblərini müəyyən etmək üçün müvafiq araşdırmalar aparılır”.

Mövsüm

Aznews.az