FƏTH və HƏMAS rəsmiləri Pekin danışıqlarında barışıq əldə ediblər

Fələstinin iki fraksiyasının, Fəth və HƏMAS nümayəndələri Pekində keçirilən görüşdə Fələstinin birliyi naminə barışığa nail olmağa hazır olduqlarını bildiriblər.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuat brifinqində bildirib.

Çinin dəvəti ilə Fəth və HƏMAS rəsmiləri bir neçə gün əvvəl "Fələstindaxili barışığa töhfə vermək üçün daha dərin və səmimi dialoq aparmaq" üçün Pekinə gəliblər", - Lin deyib. Çin diplomatı əlavə edib ki, tərəflər dialoqu davam etdirmək və mümkün qədər tez Fələstin birliyinə nail olmaq barədə razılığa gəliblər.

Onun sözlərinə görə, FƏTH və HƏMAS nümayəndələri “bir çox konkret məsələləri müzakirə edib və irəliləyiş əldə ediblər”.

Mövsüm

Aznews.az