Keniyada daşqınlarda ölənlərin sayı 169-a çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a yüksəldiyi bildirilib.

Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı məlumat paylaşılıb.

Açıqlamada, təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 169-a yüksəldiyi, 91 nəfərin isə itkin düşdüyü bildirilib.

Açıqlamada daşqınların paytaxt Nayrobiyə də təsir etdiyi və bəzi yolların bağlandığı, bir çox ərazinin də su altında qaldığı bildirilib.

Açıqlamada ölkə daxilində 200 mindən çox insanın davam edən leysan yağışları və daşqınlardan zərər çəkdiyi vurğulanıb.

Keniya Dəmir Yolları, ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını bildirib.

Mövsüm

Aznews.az