Yeni sazişlər Rusiya-Bəhreyn münasibətlərinin inkişafına töhfə verir -Bəhreyn kralı

Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı imzalanan sazişlərin iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

“Biz bu gün müxtəlif məsələlərlə bağlı bir sıra sazişlər imzaladıq. Ümid edirik ki, onlar ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəklər", - o əlavə edib.

Onun sözlərinə görə, Yaxın Şərq Rusiyanın “birgə irəliləməyə” hazır olduğunu yüksək qiymətləndirir.

"Bölgədəki qardaşlarımız sizin rəhbərliyiniz üçün ürəklərində saxladıqları sevgini çatdırırlar", - Bəhreyn kralı qeyd edib.

“Mən Ərəb Liqası sammitinin sədri kimi bütün ərəblər adından bunu deməyə haqqım var”, - deyə lider əlavə edib.

Mövsüm

Aznews.az