Belarus iyulda ŞƏT-ə üzv olacaq

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda keçiriləcək sammitində Belarus onun tamhüquqlu üzvü olacaq.

Bunu Daşkənddə təşkilatın “ŞƏT-in yeni şəraitdə rolu: universal təhlükəsizlik, sabitlik və tərəqqi naminə səylərin birləşdirilməsi” ekspert forumunun 19-cu iclasının açılışı zamanı ŞƏT-in baş katibi Çjan Minq deyib.

“Gələn ay Astanada keçiriləcək sammitdə Belarusun ŞƏT-ə qəbulu ilə bağlı qərar qəbul ediləcək və beləliklə, üzv ölkələrin sayı ikirəqəmli olacaq”, - deyə bildirilib.

Mövsüm

Aznews.az