Şimali Koreya əsgərləri qısa müddət ərzində Koreyalararası sərhədi keçib

Yonhap-ın Cənubi Koreya ordusuna istinadən verdiyi məlumata görə, bir qrup Şimali Koreya əsgəri ehtiyatsızlıqdan demarkasiya xəttini keçib və xəbərdarlıq atəşindən sonra öz ərazisinə qayıdıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, yerli vaxtla saat 12:30 radələrində 20-yə yaxın KXDR hərbçisi demilitarizasiya zonasının mərkəzi hissəsində demarkasiya xəttini pozub. Cənubi Koreya tərəfi səsgücləndiricilər vasitəsilə xəbərdarlıq edib və bir neçə dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra Şimali Koreya qoşunları öz ərazilərinə qayıtdılar; Cənubi Koreyada “qeyri-adi davranış” əlamətləri qeydə alınmayıb.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü Lee Sunq Joonun sözlərinə görə, Seul Şimali Koreya qoşunlarının sərhədi qəsdən keçdiyinə inanmır; sözçü qeyd edib ki, həmin ərazidə sıx bitki örtüyü sərhəd xəttini göstərən işarələri ört-basdır edir.

Mövsüm

Aznews.az