NATO-nun baş katibi Stoltenberq: Rusiyanı dəstəkləyən Çin bunun əvəzini ödəməlidir

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Çin Rusiya ordusuna dəstək verir.

Qərbdə Rusiyanın Ukraynaya hücumlarını yumşaltmaq əlaməti göstərməməsinə diqqət çəkilir.

Stoltenberq BBC-yə verdiyi açıqlamada Çinin müharibə ilə bağlı mövqeyini dəyişmədiyi təqdirdə bunun nəticələri ilə üzləşməli olduğunu vurğulayıb.