İsrailin MN-i ultra-pravoslavların hərbi xidmətə götürülməsi ilə bağlı planı təsdiqləyib

İsrailin müdafiə naziri Yoav Gallant ultra-pravoslav yəhudiləri öz sıralarına cəlb etmək planını təsdiqləyib.

Gallantın bu addımı baş nazir Benyamin Netanyahunun ifrat sağçı koalisiyası daxilində münasibətləri daha da gərginləşdirəcək addım kimi qiymətləndirilir. Netanyahu hökuməti əslində iki ultra-pravoslav partiyanın koalisiyasına əsaslanır.

Bu partiyaların siyasi liderləri Qəzza zolağında HƏMAS-la doqquz aydır davam edən müharibə şəraitində İsrail ordusunun öz sıralarını gücləndirməyə çalışdığı bir vaxtda hərbi xidmətə çağırışa qəti şəkildə qarşı çıxırlar.

Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, yüksək rütbəli hərbçilərlə görüşdən sonra Gallant ultra-pravoslav kişilərin hərbi xidmətə çağırılması ilə bağlı tövsiyələri təsdiqləyib.

Mövsüm

AzNews.az