Banqkok otellərindən birində 6 Vyetnam vətəndaşının cəsədi tapılıb

Altı Vyetnam vətəndaşı Banqkokun mərkəzindəki Erauan otelinin otaqlarından birində ölü tapılıb.

Bu barədə "MGR Online" portalı məlumat yayıb .

“Banqkokun mərkəzindəki Ratçaprasonq kəsişməsində yerləşən məşhur otelin otaqlarından birində Vyetnam vətəndaşı olan 6 nəfərin meyiti tapılıb”, - nəşr bildirib.

Qurbanların hamısı güllə yaralarından ölüb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Mövsüm

AzNews.az