Banqladeşdə bazar ertəsi keçirilən etirazlarda ən azı 56 nəfər ölüb

Banqladeşdə bazar ertəsi baş verən iğtişaşlarda ən azı 56 nəfər həlak olub.

Bu barədə "AFP" xəbər agentliyi yerli polis və tibb işçilərinə istinadən bildirib.

100-dən çox insan xəstəxanalara çatdırılıb.

İyul ayından bəri ölkə daxilində baş verən iğtişaşlar nəticəsində ölənlərin ümumi sayı 350-yə yaxındır.

Ölkəni tərk edən baş nazir Şeyx Hasinanın istefası ərəfəsində Dəkkə və Banqladeşin digər şəhərlərində etirazçılar hələ də küçələrdə gəzir. Ordu ölkədə müvəqqəti olaraq hakimiyyəti ələ keçirib və insanları zorakılığı dayandırmağa çağırıb.

Tezliklə müvəqqəti hökumətin yaradılması planlaşdırılır.

Mövsüm

AzNews.az