- Dünyanın halı
- 15 Avqust 16:52
- 2 056
ABŞ, Qətər və Misirin xarici işlər nazirləri Qəzzada atəşkəs və əsir mübadiləsini müzakirə ediblər
ABŞ dövlət katibi Entoni Blinken Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani və Misirin xarici işlər naziri Bədr Əbdüləti ilə telefon danışığında Qəzzada atəşkəs və məhbus mübadiləsini müzakirə edib.
ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Blinken Əl Tani və Abdulati ilə telefonla danışıb.
Görüş zamanı bölgədə gərginliyin aradan qaldırılması və Qəzzada atəşkəsin əldə edilməsinin vacibliyi müzakirə edilib. ABŞ,Qatar və Misirin Qəzzada atəşkəs və əsir mübadiləsinə dair verdiyi birgə bəyanata sadiq olduqları vurğulanıb.
Regionda heç bir tərəfin razılığa gəlmək səylərinə zərər verəcək addımlar atmaması lazım olduğu ifadə edilən görüşdə Blinken Qətərin bölgədə daimi sülhün əldə edilməsində oynadığı kritik rola görə Əl Taniyə təşəkkür edib.
Mövsüm
AzNews.az