ABŞ və Çin tarif sazişi imzalayıb

ABŞ və Çin arasında ticarət müharibəsi sakitləşir.

İki ölkə lideri arasında eqo savaşına çevrilən gömrük rüsumlarının qarşılıqlı artırılması qərarı kommersiya gərginliyinə səbəb olub.

Yüksək vergilər hər iki ölkədə mənfi iqtisadi nəticələrə səbəb olduqdan sonra ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Cinpin İsveçrədə danışıqlar masası arxasına əyləşib.

Ölkələrin sözçüləri ticarət gərginliyinin azaldılmasında "əhəmiyyətli irəliləyiş" əldə edildiyini bildiriblər.

Ağ Ev təfərrüatları açıqlamadan iki ölkə arasında gömrük rüsumlarının azaldılmasına dair razılaşmanın imzalandığını açıqlayıb.

Mövsüm

Aznews.az