- Dünyanın halı
- 30 May 19:20
- 1 765
Nigeriyada daşqınlar nəticəsində azı 117 nəfər həlak olub

Nigeriyada güclü daşqınlar nəticəsində azı 117 nəfər ölüb.
Bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb .
Niger Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin rəhbəri İbrahim Hüseyni bildirib ki, ən azı 50 ev su altında qalıb. Ən çox zərər çəkən ərazilər Mokva şəhərindəki Tiffin Maza və Anquvan Hausava olub.
Bundan əlavə, hazırda bir neçə nəfər itkin düşmüş hesab olunur.
Mövsüm
Aznews.az