İndoneziyada torpaq sürüşməsi nəticəsində azı 13 nəfər ölüb

İndoneziyada əhəngdaşı karxanasında baş verən sürüşmə nəticəsində azı 13 nəfər ölüb, 10-a yaxın adam yaralanıb.

Bu barədə “Arab News” qəzeti AFP agentliyinə istinadən məlumat yayıb.

“İndiyədək 13 cəsəd tapılıb, 5-6 nəfər hələ də basdırılıb”, - yerli təbii fəlakətlərin idarə olunması agentliyinin rəhbəri Deni Nurahya bildirib.

Növbəti əməliyyat-axtarış tədbirlərinin iyunun 1-dək təxirə salındığı vurğulanır. Nuraxiyanın sözlərinə görə, bu qərar ikinci dəfə çökmə riski ilə bağlı verilib.

Mövsüm

Aznews.az