Tailand-Kamboca sərhədində gərginlik artıb: 23 nəfər yaralanıb

Taylandın Sa Kaeo əyalətindəki Ban Nong Ya Kaeu kəndi ilə Kambocanın Bantheay Meanchey əyalətindəki Prey Çan kəndi arasındakı sərhəd bölgəsində Kamboca etirazçılarla Tailand təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Keçən ay Tailand tərəfinin sərhəd bölgəsində hasar çəkməsinə görə keçirdiyi etiraz aksiyası zamanı gərginlik artıb.

Tailand təhlükəsizlik qüvvələri Kamboca vətəndaşlarına rezin güllə və gözyaşardıcı qazla cavab verib.

Hadisələrlə bağlı açıqlama verən Kamboca hökumət rəsmisi Neth Pheaktra, ən az 23 Kamboca vətəndaşının yaralandığını ifadə edərək, Tayland rəsmilərinin sərhədi pozduğunu iddia edərək, müdaxiləni tənqid edib.

Pheaktra, təhlükəsizlik qüvvələrinin Kamboca vətəndaşlarına qarşı gözyaşardıcı qaz, rezin güllələr və səs bombaları ilə müdaxilə etdiyini bildirib.

Mövsüm,

Mövsüm