- Dünyanın halı
- 12:34
- 914
Maduro raketlərlə sahil müdafiəsini əmr edib
Venesuela prezidenti Nikolas Maduro paytaxt Karakas və Karib dənizindəki La Quayra əyalətini müdafiə etmək üçün yeni tədbirlər gördüklərini açıqlayıb.
Maduro sözügedən bölgələrə ağır silah və raketlərin yerləşdirilməsinə göstəriş verdiyini vurğulayıb:
Budur, bütün Karakas-La Quayra xətti üçün hərtərəfli müdafiə planı. Küçə-küçə, məhəllə-məhəllə ətraflı şəkildə çəkilib. İstifadə olunan hər silah və silah sistemi, bütün ağır silahlar və raket sistemləri işlək vəziyyətdə olacaq. Bu, bizim Karakas-La Quayra xəttini və bölgənin Karib dənizinə qədər uzanan dağlıq ərazilərini müdafiə etməyə hazır olduğumuzu təmin edəcək.
Maduro, planın ekspertlər qrupu tərəfindən deyil, paytaxtla sahil bölgəsi arasında və La Quayra limanı və ölkənin əsas hava limanı olan Maiketiadakı Simon Bolivar Beynəlxalq Hava Limanı ətrafındakı icmalarda yaşayan insanlar tərəfindən hazırlandığını söyləyib.
Hərbi təhsil almış və Milli Bolivar Silahlı Qüvvələrinin (FANB) bir hissəsi olan mülki vətəndaşlardan və kişilərdən ibarət xüsusi milis birliyinin hazır olduğunu xatırladan Maduro, lazım gələrsə, uzunmüddətli müharibəyə hazır olduqlarını müdafiə etdi.
Mövsüm,
AzNews.az