• Mahal
  • 20 Noyabr 22:10
  •  3 131

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirilib

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası baş tutub.

İclası Bərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səbuhi Qasımov açıb. İctimai şuraya seçkilərin keçirilməsi barədə məlumat verib. Bildirib ki, ictimai şuraya seçkilər 2 ildən bir keçirilir. Əvvəlki şura üzvlərinin səlahiyyət müddəti bitdiyindən ictimai şura üzvlərinin yenidən seçkisi keçirilib. Natiq yeni tərkibdə fəaliyyətə başlayan ictimai şuraya uğurlar arzulayıb.

İctimai şuranın iclasında təşkilati məsələlərə baxılıb. Vüsal Bayramov ictimai şuranın sədri, Musa Muradlı sədr müavini, Əhliman Hümbətov katibi seçilib.

İclasda habelə cari məsələlərdən danışılıb. Qeyd olunub ki, İctimai Şura ictimai rəyin öyrənilməsi, sakinlərin müraciətlərinin araşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və sosial problemlərin həllinə dair təkliflərin hazırlanması kimi mühüm funksiyaları yerinə yetirilməsi ilə məşğul olacaq.

AzNews.az