• Qərb
  • 20 Noyabr 20:37
  •  2 631

RBC-Ukrayna: Zelenski ABŞ-ın ordu katibi ilə görüşüb

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın ordu katibi Daniel Driskoll və yüksək rütbəli ABŞ hərbi rəsmiləri ilə görüşüb.

RBC-Ukrayna bu barədə məlumat yayıb.

Danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov iştirak edir. Onun Ukraynaya qayıtması iş adamı Timur Mindiçin korrupsiya sxemində əli olması ehtimalı ilə bağlı xəbərlər fonunda baş verib.

Həmin gün Ukraynanın “Avropa Həmrəyliyi” partiyası Ali Radada Zelenskidən Andrey Yermak və Umerovun prezident aparatının rəhbərləri vəzifələrindən azad edilməsini tələb edən qətnamə qəbul edib.

Mövsüm,

AzNews.az