İsrail ordusu Tehrana növbəti zərbələr seriyasının başladığını elan edib

İsrail Müdafiə Qüvvələri Tehrana yeni zərbələr seriyasına başladığını bəyan edib.

Aznews.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

"İsrail Müdafiə Qüvvələri Tehrandakı obyektlərə zərbələr seriyasına başlayıb", - açıqlamada deyilir.

Əlavə təfərrüatlar hələlik açıqlanmayıb.