- Dünyanın halı
- 11:51
- 706
Dubayda bir binaya dron hücumu edilib
Fevralın 28-də başlayan və artıq 13-cü gününə daxil olan ABŞ–İsrail–İran müharibəsi davam edir.
Region ölkələrinə sürətlə yayılan və Yaxın Şərqi gərginlik ocağına çevirən münaqişə ilə bağlı yeni məlumatlar yayılmaqdadır.
Bu çərçivədə Dubay Media Ofisi açıqlama verib.
Harbour bölgəsi hədəf alınıb
Açıqlamada bildirilib ki, şəhər mərkəzinə yaxın yerləşən “Dubai Creek Harbour” ərazisində çoxmərtəbəli binaya pilotsuz uçuş aparatı (PUA) düşüb.
Hadisədən sonra binada olan insanların təhlükəsizliyini təmin etmək məqsədilə təxliyə əməliyyatı həyata keçirilib.
Xəsarət alan yoxdur
Mülki müdafiə qüvvələrinin binada baş verən kiçik yanğını qısa müddətdə nəzarət altına aldığı qeyd olunub.
Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.
Mövsüm,
AzNews.az