Xəbər verdiyimiz kimi, noyabrın 5-də Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransı keçirilib. Xəbər verdiyimiz kimi, noyabrın 5-də Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransı keçirilib.

“Fələstin Azərbaycanın bu mövqeyini yüksək qiymətləndirir” - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, noyabrın 5-də Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransı keçirilib.

Politoloq Fikrət Sadıxov mövzu ilə bağlı AzNews.az-a açıqlamasında Azərbaycanın həmişə Fələstin dövlətinin maraqlarını müdafiə etdiyini bildirdi:

“Biz uzun illərdir ki həm beynəlxalq meydanlarda, həm də ikitərəfli münasibətlər fonunda Fələstin xalqının və dövlətinin maraqlarının müdafiəsindəyik. Fələstin problemi iki dövlət prinsipi və BMT tərəfindən qəbul olunmuş qətnamələr əsasında həll olunmalıdır. Biz özümüz də işğalla üzləşmiş bir dövlət kimi Fələstinin maraqlarını özümüz üçün yaxın hesab edirik. Keçən ilin dekabr ayında, İstanbulda baş tutan Qüds şəhəri ilə bağlı konfransda dövlət başçımız Azərbaycanı təmsil edib. Orada bizim mövqeyimiz birmənalı idi. Biz orda Fələstin xalqının Qüdslə bağlı mövqeyini müdafiə etdik.

Biz Fələstin xalqının, dövlətinin mübarizəsini dəstəkləyirik, onun maraqlarını müdafiə edirik. Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransının Bakıda keçirilməsi də bunun bariz sübutudur. Çünki Fələstin Azərbaycanın mövqeyini yüksək qiymətləndirir”.

Pərvanə AĞAZADƏ
AzNews.az