- Müşahidə məntəqəsi
- 7 Noyabr 2023 22:38
- 9 248
Azad Məsiyev: "Zelenski ABŞ-nin əlində oyuncağa çevrilib"

“İlk olaraq qeyd edim ki, ABŞ Rusiyanı özünə düşmən elan edib. Bu baxımdan ABŞ və Avropa Birliyi Rusiyanı dünya siyasi arenasından uzaqlaşdırmaq və dünya siyasətində təkləmək üçün Rusiya ətrafı respublikalarda demokratiya ideyası altında dövlət çevrilişi edir. Öz adamlarını hakimiyyətə gətirməklə həmin dövləti planlaşdıraraq Rusiya əlehinə istifadə edirlər. Rusiya ətrafında qaynar ocaqlar yaradırlar. Bunun bariz nümunəsi kimi Gürcüstanı misal göstərmək olar”.
Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
O, Ukraynanında bu planın tərkib hissəsi olduğunu ABŞ-ın Ukraynanı Rusiya əleyhinə istifadə etdiyini və Slavyan xalqları arasında düşmənçilik toxumunu səpdiyini bildirib.
“Təbii ki, baş verən hadisələr nəticədir. Hər bir nəticəni doğuran səbəblər var. Əgər bu gün Ukraniya problemini sözün əsl mənasında aradan qaldırmaq istəyirlərsə, bu problemi doğuran səbəbi araşdırıb və ona qiymət verərək aradan qaldırmalıdır. Çünki başda ABŞ olmaqla Qərb koalisiyasının Rusiya əlehinə fəaliyyəti NATO-nun Rusiyaya doğru irəliləməsindən başlamışdı. Bu siyasət Rusiyanın milli və dövlət təhlükəsizliyinə xələl gətirirdi. Ukraniyada hakimiyyətdə olan qüvvələr ABŞ-ın maraqlarına uyğun davranıblar. Hazırdakı Zelenski hakimiyyəti də özünü Ukrayna xalqının rəhbəri kimi deyil, Amerikanın səfiri kimi aparır. Bütün fəaliyyəti Amerikanın maraqlarına uyğun davranır. Bu baxımdan Ukrayna münaqişəsi qlobal bir problemə çevrilib. ABŞ Rusiyanı sanksiya tətbiq etməklə Rusiya iqtisadiyyatını zəiflətmək, sosial problemlər yaratmaq bunların fonunda rus icmaiyyətinin etirazını qaldırmaqla ali məqsədləri Putin hakimiyyətini devirməkdir. Ancaq bu cür avantürist siyasət özünü doğrultmur. Sanksiyaların əksəriyyətinin əks təsiri də var. Bu gün Rusiyaya tətbiq olunan sanksiyalar əlaqəli olaraq Avropa iqdisadiyyatının çökməsinə gətirib çıxarır. Əlbəttə ki, Avropa dövlətləri bundan narahatdır.”
A.Məsiyev əlavə olaraq bildirib ki, Zelenski hakimiyyəti açıq şəkildə Rusiya ilə barışmaz fəaliyyətdədir belə olduğu təqdirdə də siyasi situasiya yaratmalıdır.
“Zelenski açıq şəkildə bəyan etməlidir və Rada bu barədə qərar qəbul etməlidir ki, Ukrayna Qoşulmama Hərəkatının üzvü olacaq heç bir hərbi bloka daxil edilməyəcək. Birinci şərt bu olmalıdır ki, Rusiya masa arxasında otursun. Təəssüflər olsun ki, bu gün Zelenskinin bu cür düşünmək, qərar qəbul etmək səlahiyyəti yoxdur. Çünki Zelenski ABŞ-nin əlində oyuncağa çevrilib. Dünyada yaranmış qarşıdurma dolayı yolla bu münaqişənin uzanmasına da gətirib çıxarır. Bildiyimiz kimi, ABŞ ilə yanaşı 50-dən artıq dövlət Rusiyaya faktiki olaraq müharibə aparır. Hesab edirəm ki, növbəti etaplarda Qərb dövlətləri Rusiya ilə danışmaq üçün müxtəlif bəhanələr uydurmaqdadırlar. ABŞ və Qərb koalisiyası Ukraynaya maddi və hərbi texnika yardımı göstərməsə, Ukraniya bu münaqişədə açıq şəkildə məğlub olacaqdır. Ukraynanın məğlub olmasını istəməyən Qərb danışıqlara girərək atəşkəsi dayandırmaq istəyir. Əslində Zelenskinin Putinlə hansısa masada danışıqlar aparacağına inanmıram. Ukrayna Rusiyaya xəyanət etdi. Din, dil birliyi olan qardaşlar idi. Artıq ABŞ öz məqsədlərinə, demək olar ki, qismən çatmışdır. Hazırda Qərbin danışıqlara gəlməsi real görünmür. Çünki Ukrayna rəhbərliyi yeni siyasi situasiya yaratmalıdır ki, əlində əsası olsun.”
Rəfiqə NAMAZƏLİYEVA