"Gürcüstan çox çətin seçim qarşısındadır" - Siyasi şərhçi

“Əslində Gürcüstan çox çətin seçim qarşısındadır. Dəfələrlə biz görmüşük ki, Gürcüstan siyasətinin ictimai hərəkatının spesifikası ondan ibarətdir ki, çox sərt dəyişikliklər edir. Gah Rusiya meyilli, gah Qərb meylli olur, sonra yenidən addımlar geriyə atılır. Ümumiyyətlə, tarix boyu Gürcüstanın ictimai rəyinin və siyasətinin xüsusiyyəti budur ki, döngələrdə çox sərt manevrlar edirdilər. Hər dəfə kritik vəziyyətə həm özləri düşürdülər, həm də bütün region bəzi təhlükələrə qarşı çətin vəziyyətdə qalırdı. Bu həm xvııı əsrdə baş vermişdi. Gürcü knyazlığının Rusiya tərkibinə daxil olması addımı regionda çox təlatumlar yaratdı. Sonra isə Çar Rusiyası ilə münasibətləri pozuldu və Gürcüstan knyazlığı geri addım atmaq istədi. Ancaq nəticə etibarilə rus gücünə tabe olmağa məcbur oldu. Qərb meylli addımlar atan Gürcüstan, sonra xxı əsrdə Saakaşvili dönəmində sərt olaraq Rusiyaya qarşı çıxdı. Amerika, Avropaya inteqrasiya yolunu seçdi, amma bunu axıracan edə bilmədilər və yenidən yeni reallıqlar yarandı. Rusiya Gürcüstanın Osetiya, Abxaziya regionlarını tam işğal etdi. Bu seçimdə Gürcüstan üçün Qərb seçimi bəzi problemlər yaratdı. Düzdür, onun pozitiv tərəfləri də var idi. Sözsüz ki, Qərbə, Avropaya doğru inteqrasiya məsələsi kimi nümunələr çəkmək olar. Lakin Rusiyanın da Gürcüstana əks cavabı çox ağır oldu”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Rizvan Hüseynov deyib.

O bildirib ki, bəzi proseslər onu göstərir ki, bəlkə də Qərblə Rusiya arasında bizim region üzərində mübarizə gedir.

“Bu mübarizə də ola bilər ki, nəticə etibarilə Rusiya Ermənistanda olan təsirini Qərbə güzəştə getsin, amma əvəzinə Qərbdə Gürcüstanda olan üstünlüyü Rusiyaya təslim edəcək. Lakib bu nisbətin necə və hansı formada olacağını heç kim deyə bilməz. Belə bir şey baş versə, Rusiya üçün çox uğurlu şansdır. Çünki Gürcüstan bizim Cənubi Qafqaz regionun qapısıdır. Əsas qapıdır və Gürcüstana nəzarət etmək bütün regiondan Orta Asiyadan-Avropaya, Türkiyəyə keçən enerji dəhlizləri, nəqliyyat digər nəzarət kimi bir məsələ ortalığa çıxır. Ümumi Qafqazda Gürcüstan, Ermənistanla bağlı, Qərblə, Rusiya arasında bu planın nə qədər real olduğunu biz deyə bilmərik. Yaxın zamanlarda biz bunu görəcəyik”.

Rəfiqə NAMAZƏLİYEVA