Millət vəkili Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb Millət vəkili Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb

Ermənilər körpə uşaqları da qətlə yetirib - Qənirə Paşayeva

Millət vəkili Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın fəal qadınları ilə görüşüb.

AzNews.az xəbər verir ki, Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə ölkələrimiz arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın fəal qadınları təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, ölkələrimiz arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

Görüşlər zamanı millət vəkili onlara Azərbaycan, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.

Qənirə Paşayeva görüşləri zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Millət vəkili Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın fəal qadınlarına Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı materiallar da hədiyyə edib.

© AzNews.az

image description image description image description image description image description image description image description image description image description