Ümumilikdə, 300 nəfər qan verib Ümumilikdə, 300 nəfər qan verib

YAP-çılar qan verdi - Əli Əhmədov da aksiyada iştirak etdi

Ümumilikdə, 300 nəfər qan verib

Yeni Azərbaycan Partiyasının (YAP) mənzil qərargahında növbəti qanvermə aksiyası keçirilib.

Aksiyada YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.

Ümumilikdə, 300 nəfər qan verib.

Qan verənlər arasında Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da iştirak edib. (Report)