Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər

REAL TV-nin reportajı: Müstəqil media tariximizdə iz qoyan qəzet

Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər

“Yeni Müsavat” Media Qrupunun 30 illik yubiley tədbiri keçirilib.

Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ekspertlər, eləcə də media mənsubları iştirak ediblər.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor Rauf Arifoğlu qəzetin yarandığı dövrü, keçdiyi tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov "Yeni Müsavat" qəzetinin Azərbaycanın tarixi salnaməsi olduğunu vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, "Yeni Müsavat" Azərbaycan həqiqətlərini həm dünyaya, həm də Azərbaycan xalqına çatdırmaqda böyük fədakarlıq nümayiş etdirib.

Tədbirdə daha sonra qəzetin 30 illik tarixini əks etdirən “Yeni Müsavat 30: Bir qəzetin tarixi” adlı sənədli film qonaqlara təqdim olunub.

AzNews.az