Emin Həsənli “Polad Ələmdar”la görüşdü

"Necati Şaşmazın Azərbaycana böyük sevgisi var"

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyədə tanınmış aktyor, "Polad Ələmdar" obrazının ifaçısı Necati Şaşmazla görüşüb.

Bu barədə açıqlama verən E.Həsənli bildirib ki, Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin qurultayı ilə bağlı Türkiyədə səfərdə olub. O qeyd edib ki, Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin Baş katibi, "PANAFİLM"də həkim kimi çalışan Yavuzxan Başın təşkilatçılığı ilə "PANAFİLM"in ofisində Necati Şaşmazla görüşüb.

“Necati Şaşmazın Azərbaycana böyük sevgisi var. O, söhbətimiz zamanı Azərbaycanın tarixi ilə maraqlandığını, Heydər Əliyevin “bir millət, iki dövlət” ideyasını dəstəklədiyini və cənab İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2009-cu ildə təsis etməsini, 2019-cu ildə isə Türk Şurasının 10 illiyi ilə bağlı Bakıda keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi”.(lent.az)

AzNews.az

image description