O, Müvəkkil Hüquq Mərkəzində də fəaliyyətini davam etdirəcək O, Müvəkkil Hüquq Mərkəzində də fəaliyyətini davam etdirəcək

Tanınmış ictimai fəal QHT sədri seçildi

O, Müvəkkil Hüquq Mərkəzində də fəaliyyətini davam etdirəcək

Hüquqşünas Könül Quliyeva "Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin oktyabr ayında keçirilən ümumi yığıncağında birliyə sədr seçilib.

Bu barədə məlumatı Könül Quliyevanın özü verib. Onun sözlərinə görə, 06 noyabr 2019-cu il tarixdə Ədliyyə Nazirliyi tərəfindən artıq sədr seçkisi rəsmiləşdirilib.

K.Quliyeva əlavə edib ki, "Uşaqların Gələcəyi Naminə" təşkilatına rəhbərlik etməklə bərabər Müvəkkil Hüquq Mərkəzində də fəaliyyətini davam etdirəcək.

O vurğulayıb ki, təşkilatın prioriteti ölkəmizdə uşaq və qadın hüquqlarının ən yüksək səviyyədə qorunmasına xidmət etməkdir.

Xatırladaq ki, Könül Quliyeva bir neçə ildir ki, Müvəkkil Hüquq Mərkəzinin sədr müavini olmaqla yanaşı həmçinin Qadın və uşaq hüquqları departamentinə rəhbərlik edir.

AzNews.az