- Göz önü
- 22 Noyabr 2019 12:30
- 2 261
Hicran Hüseynovadan helikopter açıqlaması: Mən kefə, hansısa kurorta getməmişəm
Mən ora avtomobillə getməyə sərf etdiyim 5 saatı vətəndaşlarla ünsiyyətə sərf etdim
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nə helikopteri, nə təyyarəsi, nə yaxtası var. Ən aşağı büdcəsi olan dövlət qurumlarından biridir.
Bunu AQUPDK-nin sədri Hicran Hüseynova Ağdamda vətəndaşlarla görüşə helikopterlə getməsinə dair yayılan məlumata münasibət bildirərkən deyib.
O qeyd edib ki, xidməti avtomobili xarab olubmuş:
“Maşınım bərbad vəziyətdə olduğu üçün hərbçilərdən xahiş etdim ki, məni də aparsınlar. Mən hərbi helikopterlə getmişəm. Bu, təhlükəli bir gediş idi. Mən istərdim ki, siz bunu başa düşəsiniz. Həmin görüşdə 20-dən çox vətəndaşı qəbul etdim, 50-dən çox qadını ayrıca dəvət etdim. Mən kefə, hansısa kurorta getməmişəm. Mən ora avtomobillə getməyə sərf etdiyim 5 saatı vətəndaşlarla ünsiyyətə sərf etdim. Məsələ bundadır”.
Qeyd edək ki, H.Hüseynovanın Ağdam sakinləri ilə görüşə helikopterlə getməsi müzakirələrə səbəb olmuşdu.
AzNews.az