Vəkillər Kollegiyası Çində vacib saziş imzaladı - FOTO

Anar Bağırov Çinin dövlət kanalı olan #CCTV-yə müsahibə verib

9-10 dekabr tarixlərində Çinin Quançjou şəhərində keçirilən vəkillərin beynəlxalq forumunda Bütöv Çin Vəkillərinin Assosiasiyası (ACLA) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır. Saziş ARVK-nın sədri Anar Bağırov və ACLA-nın sədri Vanq Junfenq tərəfindən imzalanmışdır.

Təntənəli tədbir çərçivəsində Anar Bağırov hər iki ölkənin vəkillər assosiasiyaları arasında əməkdaşlığın əhəmiyyəti, Çin və Azərbaycanda investorların hüquqlarının müdafiəsində vəkillərin rolu və qlobal forumun əhəmiyyəti barədə çıxış etmişdir. Qeyd olunmalıdır ki, imzalanma mərasimində 40-dan çox ölkənin vəkillər assosiasiyaların və Beynəlxalq Vəkillər Assosiasiyasının (#IBA), Avropa Vəkillər Kollegiyaları Şurasının (#CCBE) rəhbərləri iştirak etmişlər.

Daha sonra Anar Bağırov Çinin dövlət kanalı olan #CCTV-yə müsahibə vermiş və mətbuat konfransında iştirak etmişdir.

Səfər çərçivəsində dekabrın 9-10-u tarixlərində 60-dan çox ölkədən 850-dək hüquqşünas və vəkilin iştirakı ilə Vəkillərin Qlobal Forumunda da iştirak edilmişdir.

Hüquq peşəsi və innovativ texnologiyaların tətbiqi mövzusuna həsr olunmuş forumda müxtəlif ölkələrin vəkillər kollegiyalarının, beynəlxalq vəkillər kollegiyaları assosiasiyalarının, ədliyyə nazirliklərinin rəhbərləri iştirak edirlər.

Səfərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov, Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov da iştirak etmişlər.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description