Azərbaycanı ikinci vətəni adlandıran G.Mosidze dost dövlət və xalqa inkişaf və tərəqqi arzulayıb Azərbaycanı ikinci vətəni adlandıran G.Mosidze dost dövlət və xalqa inkişaf və tərəqqi arzulayıb

“Məni Heydər Əliyev və Eduard Şevardnadze azərbaycanlı qızla “evləndiriblər” - Gürcü deputat

Azərbaycanı ikinci vətəni adlandıran G.Mosidze dost dövlət və xalqa inkişaf və tərəqqi arzulayıb

“Heydər Əliyev və Eduard Şevardnadzenin olduqca incə yumor hissləri olub. Onlar ikitərəfli danışıqlarda yumora da yer verirdilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin deputatı Giorgi Mosidze Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimində çıxışında bildirib.

O, ötən əsrin 90-cı illərində dövlət dəftərxanasında çalışdığını deyərək azərbaycanlı xanımla evlənməsi ilə bağlı qısa tarixçəni danışıb: “Həmin dövrdə Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı danışıqlar aparılırdı. Eduard Şevardnadzeyə sənədləri təqdim edərkən mənimlə maraqlandı. Ona azərbaycanlı qızla ailə qurmağa hazırlaşdığımı dedim. O isə Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı danışıqlar apardığını və mənim evlənmə məsələmi də Azərbaycan tərəfi ilə razılaşdırmaq lazım olduğunu dedi”.

G.Mosidze vurğulayıb ki, bu söhbətin üstündən müəyyən vaxt keçdikdən sonra E.Şevardnadze bir daha onun həyatı ilə maraqlanıb: “Əslində, onun bu mövzu barədə unutduğunu düşünürdüm. Toyuma bir ay vaxt qalırdı. Eduard Şevardnadze mənə dedi ki, sənin evlənmək və xonça məsələn Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı danışıqlar paketinə daxil edilib”.

Deputat qeyd edib ki, Heydər Əliyev müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu olub və onun misilsiz xidmətlərinin böyüklüyündən və önəmindən danışmaq çox çətin və məsuliyyətlidir.

Azərbaycanı ikinci vətəni adlandıran G.Mosidze dost dövlət və xalqa inkişaf və tərəqqi arzulayıb.

AzNews.az