Azərbaycanda yeni medal təsis edilir

Qanunda dəyişiklik müzakirəyə çıxarılacaq

Azərbaycanda yeni yubiley medalının təsis edilməsi nəzərdə tutulur.

Məlumata görə, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasına daxil edilib.

Belə ki, komitənin toplantısında “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılacaq.

Dəyişikliyin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi nəzərdə tutulur.

AzNews.az