Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycana fobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycana fobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir

Leyla Abdullayeva Ermənistanın baş qərargah rəisinə cavab verdi

Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycana fobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin açıqlamasına dair şərh verib.

AzNews.az həmin şərhi təqdim edir:

"İşğalçı Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi bu gün verdiyi açıqlamasında Azərbaycan xalqının ünvanına nifrət məzmunlu irqçi ifadələr işlədib. Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycana fobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir.

21-ci əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq”.